Skip to content Skip to footer

XALQ YAZIÇISI

Sabir Əhmədli

Əsərləri
https://az.wikipedia.org/wiki/Sabir_Əhmədli 0%
Avtobioqrafiya
https://az.wikipedia.org/wiki/Sabir_Əhmədli 0%
Mükafatları
https://az.wikipedia.org/wiki/Sabir_Əhmədli 0%

Sabir Əhmədli 1930-cu il iyulun 10-da Azərbaycanın Cəbrayıl rayonunun Cəbrayıl kəndində anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra 1946-1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almışdır.

19511954-cü illərdə Cəbrayıl rayon mərkəzində müəllim işləmişdi. 19551956-cı illərdə Şükürbəyli kəndində orta məktəbin direktoru işləmişdir. “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında ədəbi işçi, Nəsr şöbəsinin müdiri (19561993), baş redaktor (19931996) işləmişdir.

1955-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvüdür. Sabir Əhmədli Azərbaycan Yazıçılar İttifaqının Mirzə Fətəli Axundov adına ədəbi mükafat komissiyasının sədri seçilmişdir.

Ədəbi fəaliyyətə 1951-ci ildən “Pioner” jurnalında çap olunan “Poçtalyon” hekayəsi ilə başlamışdır. Bədii əsərlər və publisistik məqalələri ilə dövri mətbuatda müntəzəm çıxış etmişdir. 1961-ci ildə onun “Bir payız axşamı” kitabı çıxmışdı. 1989-cu ildə Azərnəşrdə ikicildlik əsərləri çap edilmişdir.

Qarabağ hadısələrinə həsr etdiyi irihəcmli ədəbi-publisistik məqalələri – “Qarabağın gecikmiş yazı”, “Qarabağın qarlı səngərləri” “Ədəbiyyat və incəsənət” qəzetinin 19921993-cü illərdə dərc edilmişdir. Əsərləri keçmiş SSRİ xalqlarının və xarici ölkə xalqlarının dillərinə tərcümə edilmişdir.

  • İkinci Dünya müharibəsi qəhrəmanı Cəmil Əhmədovun qardaşı idi.
  • Oğlu Məhəmməd Əhmədov 1994-cü il fevral ayının 12-də ad günündə Murovda şəhid olub.

Sabir Əhmədli 2009-cu il aprelin 17 Bakıda vəfat etmişdir.

Kitabları

  • “Kütlə”
  • “Axirət sevdası”(2003)
  • “Şəhid ruhu”(2004)

Mükafatları

  • “Əmək şöhrətinə görə” medalı ilə təltif edilmişdir (1975).
  • “Əməkdar incəsənət xadimi” fəxri adı (1984)
  • “Qızıl sünbül” ədəbi mükafatı laureatı (1991).
  • “Azərbaycanın Xalq yazıçısı” fəxri adı (1992)
  • “Xalqlar Dostluğu” ordeni.
  • “Qırmızı əmək bayrağı” ordeni.

Əsərləri

  • “Aran” ikihissəli roman (1962),
  • “Pillələr” (1964),
  • “Yamacda nişanə” (1973),
  • “Toğana” (1981),
  • “Yasamal gölündə qayıqlar üzürdü” (1984),
  • “Mavi günbəz” povestlər (1984),
  • “Gedənlərin qayıtmağı”
  • “Yasaq edilmiş oyun, Gülməli kişinin axırı” (1988)
  • “Kütlə” (1999),
  • “Bir lotunun arvadı”
  • “Öpmə məni öpərəm səni”
  • “Sevişməyin cəzası”
  • “Görünməz dalğa”
  • “Dünyanın arşını” (1985),
  • “Yanvar hekayələri”,

Filmoqrafiya

  1. Evlənmək istəyirəm (film, 1983)

Biography

Əhmədli Sabir Məmməd oğlu (d. 10 iyul 1930-cu il - ö. 17 aprel 2009-cu il) — nasir, publisist, 1955-ci ildən Azərbaycan Yazıçılar Birliyinın üzvü, Azərbaycanın Xalq yazıçısı (1992), Əməkdar incəsənət xadimi (1984)

Contact Form