“Çıraq” Uşaq İnkişaf Mərkəzi ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01.09.2022-ci il tarixindən “Əhalinin həssas qruplarından olan sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə innovativ dərnəklərin yaradılması” layihəsini icra edir.
Müxtəlif xəstəliklərdən əziyyət çəkən 20-dən artıq uşaq və yeniyetmə rəsm üzrə dərnəklərə cəlb olunmuşlar.
Dərnəklərdə onların maraq və bacarıqlarının, intellektual səviyyələrinin və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi uğurla aparılır.Dərnəklər təsviri incəsənətin (rəngkarlıq, qrafika və s.) və tətbiqi incəsənətin(aplikasiya,ebru və s.) bölmələrini əhatə edir. Müasir dövrümüzdə incəsənətin müalicə üsulu olan ebru sənəti dərnəklərdə uğurla tətbiq olunur.Su üzərində rəsm çəkmə sənəti olan ebru incəsənətin maraqlı növlərindəndir.
Ebru sənəti tamamilə təbii materiallar əsasında, su üzərində aparılır. Bu sənət növü, xüsusilə də sağlamlıq imkanları məhdud uşaqlarda özgüvəni artırır, diqqət dağınıqlığını aradan qaldırır, beyni dincəldir, pozitiv enerji verir. Bir sözlə, bu insanlar üçün hər cəhətdən faydalıdır. Uşaqların xəstəlik dərəcəsindən asılı olmayaraq hər biri bu dərnəklərə cəlb onunur. Təlimlər layihəyə cəlb olunmuş mütəxəssis Ebru sənəti üzrə master klass rəssam Əfsanə Xudiyeva tərəfindən aparılır. Təlimlərdə Əfsanə xanım valideynlərə ebru sənəti haqda geniş məlumatlar verir. Təlimlərdən razı qalan valideynlər daim diqqət və qayğıya görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstək Agentliyinə dərin təşəkkürlərini bildirirlər.
Ebru sənəti haqqında məlumat
Ebru sənəti rəssamlığın bir sahəsidir. Ebru xüsusi hazırlanmış boyalarla yaradılmış naxışların dəniz yosunu qatılaşdırılaraq su üzərində keçilməsi ilə hazırlanmış omament sənətidir. Fırçalar və boyalar xüsusidir. Ebru boyası- torpaq boya deyilən təbiətdəki rəngli qaya və mədənlərdən alınan rənglər və suda həll olunmayan bitkilərdən alınan boyalardan ibarətdir.
Üzərinə boya səpilən suyun isə dəniz kadayfından və yosundan hazırlandığı məlumdur. Ən əsası suyun üzərində boyanın qalması üçün öküz ödü istifadə edilir. Ebru sənətinin yığıldığı qaba təknə deyilir.
Ebru sənətində əsas sayılan fırçalar isə qoca atın quyruğu və bu quyruqların bərkidildiyi arxa qızılgülün budaqlarından hazırlanır. Köməkçi alətimiz ebrunun hazırlanmasında “tarak”dır.
Su üzərinə atılmış damlalara forma vermək üçün biz alətindən istifadə olunur.