Skip to content Skip to sidebar Skip to footer

III Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı keçiriləcək

III Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı avqustun 13-20 tarixlərində  Bakı, Şəki, Lənkəran şəhərlərində keçiriləcək.

Bu il üçüncü dəfə keçiriləcək festival zəngin proqrama malikdir.

Seçki komissiyası tərəfindən seçilən filmlər, ən yaxşı uzun metrajlı film, ən yaxşı qısametrajlı sənədli film və yerli sənədli film kateqoriyası üzrə yarışacaqlar. Bundan əlavə çoxsaylı yerli və beynəlxalq uzun və qısametrajlı sənədli filmin, masterklasslar, panel müzakirələr, filmlərdən sonra müzakirə sessiyalarının yer aldığı zəngin festival proqramı filmsevərlərin yolunu gözləyəcək. Ötən illərdə olduğu kimi bu il də müxtəlif ölkələrin film insanları festivalın qonağı olacaq.

Proqramın bütün filmləri orijinal dilində azərbaycanca altyazı ilə nümayiş etdiriləcək. Festivalın təşkilatçılıq işlərində isə xüsusən Bakı, Şəki və Lənkəran şəhərlərinin gəncləri əməkdaşlığa cəlb edilib.

Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı (Sevil BQSFF) 2022-ci il proqramı çərçivəsində Almaniyanın “goEast” film festivalı ilə əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq çərçivəsində SevilFestin bu ilki qalib rejissoru “goEast” tərəfindən təşkil edilən “East-West Talent Lab”da iştirak haqqı qazanacaq.

Paylaşın: