Yaxınlarda Alatoran nəşriyyatında bəlkə də Azərbaycan oxucularına elə də çox tanış olmayan amma ekspressionizmi və ekperimental, visual şerləri ilə Avropda özündən çoxdan söz etdirən, əsərləri dünyanın
müxtəlif dillərinə tərcümə edilən flamand şair Paul van Ostaijenin “İşğal olunmuş şəhər” eksperimental şerlər kitabı çap olundu.
Kimdir van Ostaijen?
1896-cı ildə Belçikanın, həm də Avropanın ən böyük liman şəhərlərindən Antverpendə Holland atanın və flamand ananın ailəsində anadan olmuşdur. Antverpen küçələrində həmin ilin şıq geyimlərində
gəzib-dolaşmaq vərdişi olduğu üçün ləqəbi “ cənab 1830” idi.
Şerlərində modernizmin, expressionizmin, dadaizmin və surrealizmin təsiri aşkar hiss edilsə də, böyük şairin daha çox öz yolunun və üslubunun olduğunu əminliklə söyləmək olar.
Qısa ömründə Paul van Ostaijen (1896-1928) ədəbi janrların çox müxtəlifliyinə toxunmuş və bu janrlara yeniliklərlə təkan vermişdir. Bu böyük Flamand şairi, ictimai fəalı və publisisti holland dilində nəinki
fransız kubizmi və alman ekspressionizmi kimi müasir poeziyanın müasir cərəyanlarını təmsil edən, həm də öz yaradıcılığı ilə bu məktəblərin inkişafına töhfə verən böyük novator və təcrübəçi idi. Bu lirik şair və cəsarətli forma eksperimentatoru həm də teatr tənqidi ilə məşğul olmuşdur o, eyni zamanda sənət və siyasət haqqında düşünmüş, həssas bir esseist idi.
Van Ostaijen ekspressionizmi Flaman ədəbiyyatına yeni bir ədəbi janr olaraq daxil etdi. O, təsdiqlənmiş Flamand Radikalı idi və Birinci Dünya Müharibəsindən sonra Berlinə qaçdı. Orada o, Dadaist və Ekspressionist
hərəkatlarda iştirak edən yazıçı və rəssamlarla əlaqə saxladı.
Paul van Ostaijen Flamand ədəbiyyatının indiyə qədər yaratdığı ən nüfuzlu şairdir. Ölümündən təxminən 80 il keçməsinə baxmayaraq, onun yaradıcılığı hələ də Flandriya və Hollandiya poeziyasının dəyərinin
ölçüldüyü bir meyar kimi görünür. Müharibələrarası illərdən bəri hər bir avanqard hərəkat onun yaradıcılığından ilham almışdır və eyni zamanda o, ən davamlı tərcümə edilən, təsir qüvvəsi olan müasir Flamand şairinə çevrilmişdir. Onun şeirlərinə, sitatlarına həm məktəb antologiyasında həm də köynəklərdə və afişalarda da rast gəlmək olar.
Bu gün haqqında söz açdığımız, Alatoran nəşriyyatında işıq üzü görən “İşğal olunmuş şəhər” şerlər kitabı Avropanın modernist ədəbiyyatına mühüm töhfə kimi qiymətləndirilir. Almanların şairin doğma şəhəri
Antverpeni işğal etdiyi zaman şəhərdə yaşananlar çox usta bir qələmlə və bədii boyalarla təsvir edilib. Birinci Dünya Müharibəsi zamanı Antverpen limanında həyatın parçalanmış atmosfer eskizinə daxil edilmiş "İşğal olunmuş şəhər" ilk növbədə Ostaijen dövrünün burjua mədəniyyəti və siyasəti ilə hesablaşmadır. Berlində yaşadığı dövrdən Dadaist təsiri onun ixtiraçı ritmik tipoqrafiyasında, kollaj texnikasından istifadəsində və müharibə əzablarının misilsiz kinli səslənməsinin radikallığında tapıla bilər. Aşağıdakı “Tənha şəhər” şerinə nəzər yetirək.
Şer dogma şəhər Antverpenə həsr edilib:
Tənha şəhər
Kimdi-kimdi
çığıran dəli
küləkdi
sadəcə
hələ də
küçədə
şəhərdə
Gecə
Bu ki yağışdır incə damlalarla yağan
Bu ki yağışdır
bu ki yağışdır.
Digər bir eksperimental üslublda yazılmış, şairin ömrünün axırlarında yazılmış (xatırladaq ki, şair 1928-ci ildə, 32 yaşında vərəmdən vəfat etmişdir) şerinə diqqət yetirək.
Mobil
Dirijorun orkestrion səhifəsi
qol əyilir
yan tərəfə zərif jest
kimvallar cavab verir
cütlüklər masaların və səhnənin kvadrat sükutunu pozur
fırlanaraq
içinə
doğru
dərinliklərin
kvadrat içində fırlanan dairə
dərinə daha dərinə
burularaq
cütlüklər fırlanır
dairə fırlanır
əsnəyən uçurum
içində kvadratın
cütlüklər axan tərlərini silib dərinliklərə atır
qara mirvarilər
AddıM addıM POPulyar mahnılara HOP
Mari Planşer Mari Planşe böyük silindr papaq boss ciq rəqsi edir ürəkdən qoşulur q q q i i i c c c
Dayansın hər KƏS deyir bükülən səhifə bitdi RƏQS
Süzülərək
astaca
dairə
batır
kvadratın
içində
İnanırıq ki, “ İşğal edilmiş şəhər” eksperimental şerlər kitabı Azərbaycan oxucuları arasında da rəğbət qazanacaq və öz oxucularını tapacaq.
Rəqsanə Süleyman