Skip to content Skip to sidebar Skip to footer

“Orta əsrlərin payızı” Azərbaycan dilində

Holland filosof, tarixçi və kulturoloq Yohan Heyzing (1872-1945) öz əsərlərində tarixin rasional izahat tələb edən proses kimi pozitivist konsepsiyasından ayrılır, o hesab edir ki, ümumbəşəri olduğunu iddia edən qanun və qaydaları tarixə tətbiq etmək olmaz. Heyzinqi anlamaq üçün Yeni Tarix Elminin qabaqcıllarına, xüsusən də kollektiv psixologiyaya, mentalitetin öyrənilməsinə, orta əsr həyat tərzinə müraciət etmək olar. İtalyan tarixçisi Ovidio Kapitani Heyzinqin əsərlərinin 1974-cü il nəşrinə ön sözdə yazırdı:

“Onun tarixşünaslıq metodunda bu gün qəribə görünən (19-cu əsrin tarixşünaslığı ilə müqayisədə)  fənlərarası tədqiqatın, hazırda “konseptuallaşdırılan” tədqiqatın avrosentrik olmayan istiqamətinin müəyyən müqəddiməsi kimi səciyyələndirilə bilər. “Orta əsrlərin payızı”nın ilk nəşri 1919-cu ildə çıxdı. Sonradan kitab bütün Avropa dillərinə tərcümə edildi – Azərbaycanda təxminən yüz il sonra çapdan çıxdı. Müəllifin fikrincə, kitabda “XIV-XV əsrlərdə İntibah dövrünün elan edilməsini deyil, orta əsrlərin başa çatmasını görməyə cəhd edilir; orta əsr mədəniyyətini özünün son həyat mərhələsində, meyvələri tam inkişafını tamamlamış və artıq yetişmiş bir ağac kimi görmək cəhdi idi. Düşüncənin canlı nüvəsinin rasional, sərt formalarla həddən artıq böyüməsi, zəngin mədəniyyətin quruması və sərtləşməsi – əsərin ümumi səciyyəsi bundan ibarətdir. Bu kitabı yazarkən baxışlarım, sanki axşam səmasının dərinliklərinə qaçdı, amma o, qan qırmızı, ağır, kimsəsiz, qorxuducu qurğuşun boşluqlarında və mis kimi, yalançı bir parıltı ilə parıldadı.”

Bu kitabda çox şey bu gün də aktuallığını itirməyib, lakin filosofun bu sözlərini, xüsusən də dünyanın sürətlə qaranlığa qərq olduğu kimi göründüyü anlarda xatırlamağa dəyər:

“Zaman hər dəfə özündən sonra xoşbəxtlikdən çox əzabın izlərini buraxır. Tarix fəlakətlərdən yaranır. Bununla belə, bəzən şüursuzca bir inam bizə deyir ki, bir dövrün taleyinə düşmüş xoşbəxt həyat, sakit sevinc və şirin dinclik sonda başqa bir zamanda baş verən hər şeydən çox da fərqlənmir.”

Paylaşın: