İsveçrəli yazar Kristian Kraxtın “Ölülər” romanında hadisələr iyiriminci yüzilliyin ortalarına yaxın bir dövrü əhatə edir. Romanın əsas obrazları kinorejisor Emil Neqel və Yaponiya mədəniyyət nazirliyinin məmuru Masasiko Amakasudur.
Romanın əsas obrazı olan kinorejissor Neqli Yapaniyoya siyasi bir film çəkməyə göndərilir. Kitabın mahiyyəti də məhz bu yönümdə qurulur və inkişaf etdirlir.
Romanı hardasa siyasi roman adlandırmaq olar. Neqli ilə Masasikonun əsas məqsədi dünyanın o gərgin vaxtında ölkələr arasında siyasi uzlaşma yaratmaq istəyi durur. Bildirim ki, roman triller janrında yazılıb və qərb romançılığı ənənələrindən kənara çıxmır. Hətta Neqli və onun sevgilisi Amakasu arasında olan duyğulu
münasibət də bu romanı həmin qəlibdən çıxara bilmir.
Roman istedadla yazılsa da mətndə hadisəçilik çoxdur, hadisələr çox olsa da və həmin hadisələr vaxtı əsas obrazların daxili aləminə varılsa da, onların psixaloji durumları uğurlu gösətrilsə də müəllif ənənədən tam mənada imtina edə bilmir. Sanki roman film çəkilməkdən ötrü yazılıbdır. Romana Ceyms Coysun təsiri hiss olunacaq dərəcədədir. Müəllif roman uzunu hadisəçilikdən qaçıb mətnə ciddi detallar gətirməyə cəhd etsə də roman besstseller janrının tələblərinə uyğundur. Müəllif bəzən romanda hətta şeirdən istifadə etsə də bu mətnə C.Coysun təsirnin açıq təsiri kimi görünür.
Bununla belə romanı intellektual roman prinsipi sona qədər gözlənlməyib və ya müəllif bunu bacarmayıb. Məncə roman uğurlu olsa da əsasən kino materialından ötrü daha zəngindir. Bir də ki, romanda C.Coysun təsiri mətnə xüsusilik gətirsə də, mövcud qərb intellektualından ötrü vacib görünsə də şərq intellektualından ötrü
məxsusi heç bir şey hiss edilmir, elə bil roman birmənalı qütübdə yazılıbdır.
C.Coysun böyüklüyü ondadır ki, o indi də intellektualdı və həm də o yazılarında, romanlarında həm qərb intellektualına, həm də şərq intellektualına çox mesajlar göndərə bilirdi, o hər bir halda mətndə qərbə və şərqə bölünmürdü, dünyanı bütöv görür və elə də mənimsəyirdi və göstərirdi, ən əsasıda həm qərb, həm şərq məkanında fərqlənə bilirdi. Fikirimcə indiki halda bu cür hadisəçilik qərb ədəbiyyatında da vaxtını bitirmək üzrədir, son vaxtlar bunu ən çox Norveçin nisbətən gənc yazarları arasında görmək mümkündür.
Bu romanı oxuyanda mənə elə gəldi ki, bu mətn daha çox insanın istədiyini kimi yaşamaq imkanı qazanmağa cəhddən ibarət olması səbəbindən oxunmağa dəyər, yazıçı istedadlıdır və roman da istedadla yazılıbdır. Bu romanda yalnızlığın müxtəlif üsullarala dəf edilməsi həmişə adamda yaxşı duyğular yaradır, yaşamağın hər zaman dəyərli olması, yaşamağın həmişə maraqlı olması mütləqlik kimi təqdim edilir.
Bildirilir ki, maraqsız yaşam yoxdu, yaşamı dəyərsiz edən bəşər övladıdır. Romanı oxuyun, deyilən bədi mətni bu cür məqamları diqqət mərkəzində saxlayıb oxusanız sizə marqlı gələcək.
İbrahim İbrahimli