Sabir Əhmədli 1930-cu il iyulun 10-da Azərbaycanın Cəbrayıl rayonunun Cəbrayıl kəndində anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra 1946-1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almışdır.
1951–1954-cü illərdə Cəbrayıl rayon mərkəzində müəllim işləmişdi. 1955–1956-cı illərdə Şükürbəyli kəndində orta məktəbin direktoru işləmişdir. “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında ədəbi işçi, Nəsr şöbəsinin müdiri (1956–1993), baş redaktor (1993–1996) işləmişdir.
1955-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvüdür. Sabir Əhmədli Azərbaycan Yazıçılar İttifaqının Mirzə Fətəli Axundov adına ədəbi mükafat komissiyasının sədri seçilmişdir.
Ədəbi fəaliyyətə 1951-ci ildən “Pioner” jurnalında çap olunan “Poçtalyon” hekayəsi ilə başlamışdır. Bədii əsərlər və publisistik məqalələri ilə dövri mətbuatda müntəzəm çıxış etmişdir. 1961-ci ildə onun “Bir payız axşamı” kitabı çıxmışdı. 1989-cu ildə Azərnəşrdə ikicildlik əsərləri çap edilmişdir.
Qarabağ hadısələrinə həsr etdiyi irihəcmli ədəbi-publisistik məqalələri – “Qarabağın gecikmiş yazı”, “Qarabağın qarlı səngərləri” “Ədəbiyyat və incəsənət” qəzetinin 1992–1993-cü illərdə dərc edilmişdir. Əsərləri keçmiş SSRİ xalqlarının və xarici ölkə xalqlarının dillərinə tərcümə edilmişdir.
- İkinci Dünya müharibəsi qəhrəmanı Cəmil Əhmədovun qardaşı idi.
- Oğlu Məhəmməd Əhmədov 1994-cü il fevral ayının 12-də ad günündə Murovda şəhid olub.
Sabir Əhmədli 2009-cu il aprelin 17 Bakıda vəfat etmişdir.
Kitabları
- “Kütlə”
- “Axirət sevdası”(2003)
- “Şəhid ruhu”(2004)
Mükafatları
- “Əmək şöhrətinə görə” medalı ilə təltif edilmişdir (1975).
- “Əməkdar incəsənət xadimi” fəxri adı (1984)
- “Qızıl sünbül” ədəbi mükafatı laureatı (1991).
- “Azərbaycanın Xalq yazıçısı” fəxri adı (1992)
- “Xalqlar Dostluğu” ordeni.
- “Qırmızı əmək bayrağı” ordeni.
Əsərləri
- “Aran” ikihissəli roman (1962),
- “Pillələr” (1964),
- “Yamacda nişanə” (1973),
- “Toğana” (1981),
- “Yasamal gölündə qayıqlar üzürdü” (1984),
- “Mavi günbəz” povestlər (1984),
- “Gedənlərin qayıtmağı”
- “Yasaq edilmiş oyun, Gülməli kişinin axırı” (1988)
- “Kütlə” (1999),
- “Bir lotunun arvadı”
- “Öpmə məni öpərəm səni”
- “Sevişməyin cəzası”
- “Görünməz dalğa”
- “Dünyanın arşını” (1985),
- “Yanvar hekayələri”,
Biography
Əhmədli Sabir Məmməd oğlu (d. 10 iyul 1930-cu il - ö. 17 aprel 2009-cu il) — nasir, publisist, 1955-ci ildən Azərbaycan Yazıçılar Birliyinın üzvü, Azərbaycanın Xalq yazıçısı (1992), Əməkdar incəsənət xadimi (1984)
Contact Form