Skip to content Skip to footer

Yozef Banaş – “Entuziazm zonası”

Additional information

Category: Product ID: 20833

Description

Yozef Banaş müasir Slovakiyanın ən məşhur yazıçılarından biri, 22 kitabın müəllifidir.

Kitablarından 10-u Almaniya, Macarıstan, Çexiya, Polşa, Ukrayna, Bolqarıstan, Hindistan və Misirdə tərcümə edilərək, nəşr olunub. Hazırda NATO siyasətini kəskin tənqid etdiyi məqalələr dərc edir.

“Entuziazm zonası” romanının süjeti real faktlara əsaslanır. Əsərdə Rusiya, Ukrayna, Almaniya, Çexiya, Slovakiyanın müasir tarixinin sənədli-bədii freskası təsvir olunub.

Ukraynalı qadının və slovak kişinin həyat yolu haqqındakı hekayə fonunda 1968-ci ilin avqust hadisələri, Almaniyada tələbə etirazları, SSRİ-nin mövcudluğunun son günləri, Brejnevin, Andropovun, Çernenkonun ölümü, Qorbaçovun hakimiyyətə gəlişi, Sovet “yenidənqurma”sı, Almaniyanın birləşməsi, Çexoslovakiyada “zərif” inqilab, Çexiya və Slovakiya Respublikalarının yaranması, Yeltsinin hakimiyyəti dövrü, SSRİ-nin dağılması, Ukraynanın və Rusiyanın Avropanın xəritəsində görünməsi, Moskvada dövlət çevrilişi cəhdi, Putinin hakimiyyətə gəlməsi canlandırılır. Kitabda uydurma personajlarla yanaşı, real şəxslər – Honekker, Brandt, Dubçek, Qusak, Kadar, Brejnev, Andropov, Qorbaçov, Yeltsin, Yevtuşenko, Merkel və s. iştirak edirlər.

Yozef Banaş – “Entuziazm zonası”