Skip to content Skip to footer
-17%

Yorq Baberovski – “Düşmən hər yerdədir. Stalinizm Qafqazda”

Original price was: ₼24.00.Current price is: ₼20.00.

Additional information

Category: Product ID: 19897

Description

Yorq Baberovski (Jörg Baberowski – 1961) – alman tarixçi və Berlindəki Humboldt Universitetinin Şərqi Avropa tarixi professorudur. Sovet İttifaqı tarixi və Stalin zorakılığının araşdırılması Baberovskinin əsas fəaliyyət sahəsidir. 2001-ci ildə Tübingen Universitetində müdafiə etdiyi doktorluq dissertasiyasının mövzusu Azərbaycanla bağlı olmuşdur – “Azərbaycanda mədəniləşdirmə missiyası, millətçilik və stalinizmin kökləri, 1828-1941”. 

Yorq Baberovskinn bütün əsərlərində Azərbaycan məsələsi qırmızı xəttlə keçir, bu əsərlərdə tariximizin bilinməyən qatları gün işığına çıxarılır.  Baberovskinin   adı Azərbaycan tarixçilərinə yaxşı məlum olsa da, təəssüf ki, bu günə qədər əsərləri ana dilimizə tərcümə edilməmişdi. 

“Düşmən hər yerdədir. Stalinizm Qafqazda” adlı bu əsərində Azərbaycan tarixinin Bolşevik İnqilabı ərəfəsi və inqilabdan sonrakı illər təsvir edilir. “Düşmən hər yerdədir. Düşmən kinoda, teatrdadır. Təhsil müəssisələrində, ədəbiyyatda, idarələrdə, gündəlik həyatda, hər yerdə və hər yerdə bu düşmən ünsür mövcuddur” – Baberovski öz əsərini AzKP MK-nin birinci katibi Əliheydər Qarayevin bu sözləriylə başlayır. O, 9 mart 1929-cu il tarixli IX Partiya Qurultayının nümayəndələri qarşısında Sovet Şərqindəki mədəni inqilaba həsr olunmuş çıxışında gerçəkliyə baxışını bu sözlərlə bildirmişdi. Kommunistlərin vəzifəsi bu düşmənləri məhv etmək idi. 

Düşmənlərin necə məhv edildiyini Baberovski arxiv sənədlərinə istinadən geniş şəkildə şərh edir. 

“Düşmən hər yerdədir. Stalinizm Qafqazda” kitabını oxuyub sözün əsl mənasında dəhşət hissi keçirəcək, Azərbaycan xalqının başına nələrin gətirildiyinə alman tarixçinin dilindən şahidlik edəcəksiniz.

Yorq Baberovski – “Düşmən hər yerdədir. Stalinizm Qafqazda”
Original price was: ₼24.00.20.00Current price is: ₼20.00.