Description
Yəqin ki, çoxunuz televizorda, yaxud internet resurslarında Farer Adalarında hər il baş tutan, sahilləri qan çanağına döndərən balina ovu barəsində məlumatlısınız. Bir neçə yüz ildir davam edən, skandinav həyat tərzinin ayrılmaz hissəsi olan bu balina qətliamı ətraf mühit fəallarını narahat etməyə başlayır. İlk baxışdan sakit mühiti ilə fərqlənən paytaxt Torshavnda ardıcıl olaraq müəmmalı qətllər törədilir.
Burnunu hər yerə soxmağı xoşlayan jurnalist Hannis Martinsson bu hadisə ilə bağlı araşdırmalara başlayır və ortaya tükürpərdici faktlar çıxır.

