Description
Yoqvan İsaksen Farer ədəbiyyatının tanınmış yazıçısı, ədəbiyyatşünası və kriminal roman müəllifidir. 1950-ci ildə Torshavnda anadan olub. Orhus və Kopenhagen universitetlərində təhsil alıb, 1982-ci ildə Skandinaviya ədəbiyyatı üzrə elmi dərəcə qazanıb və uzun illər Kopenhagen Universitetində çalışıb. Ədəbiyyatşünaslıq və tənqid sahəsində çoxsaylı əsərlərin müəllifi olan İsaksen 1994-cü ildə Farer Adalarının nüfuzlu M.A.Yakobsens mükafatına layiq görülüb.
İsaksen xüsusilə jurnalist Hannis Martinsson haqqında kriminal romanları ilə tanınır. Bu silsilənin ilk kitabı 1990-cı ildə nəşr olunan “Farer Adalarının yay gecəsi həlimdir” əsəridir. Onun detektiv romanlarının səciyyəvi cəhətlərindən biri real Farer məkanlarını və ada cəmiyyətinin gündəlik həyatını kriminal süjetlə birləşdirməsidir. Əsərləri bir sıra dillərə tərcümə olunub.
Farer Adalarının sakit və füsunkar yay gecələrinin arxasında qaranlıq sirlər gizlənir.
Jurnalist Hannis Martinsson uzun müddətdən sonra doğma adalara qayıdır. Lakin onu burada nostalji və dinclikdən çox, müəmmalı hadisələr, ölüm və cavabsız suallar gözləyir. Kiçik bir ada cəmiyyətində hamı bir-birini tanıyır, yaxud tanıdığını düşünür. Keçmişin kölgələri üzə çıxdıqca, zahirən sakit görünən insanların gizlətdiyi həqiqətlər də bir-bir açılmağa başlayır.
Yoqvan İsaksen Farer Adalarının sərt təbiətini, qapalı ada həyatını və kriminal süjetin gərginliyini ustalıqla birləşdirərək oxucunu son səhifəyədək müşayiət edən fərqli bir Skandinaviya detektivi yaradır.
Farerin yay gecəsi mülayimdir. Amma onun qaranlığında hər şey göründüyü kimi deyil.
Tərcümə: Anar Rəhimov

