Skip to content Skip to footer
-17%

Yonas Lüşer – “Barbarların yazı”

5.00

Additional information

Category: Product ID: 19073

Description

Yaxın gələcəkdə Avropanı nə gözləyir? İsveçrəli yazıçı Yonas Lüşer bu suala cavab olaraq öz versiyasını “Barbarların Yazı” romanında bədii dillə təsvir edib.

Bu versiya həqiqətə necə də uyğundur. Tunisdə yerləşən dəbdəbəli otel-oazisdə yüksək finans dairələrinə mənsub olan bərkgedən cavan ingilislər gözqamaşdırıcı toya toplaşıblar. Birdən, bir gecənin içində iqtisadi böhran hər şeyi alt-üst edir – onların karyerası, gələcək planları məhv olur…

İngilis funtu çökür, İngiltərə bankrot olur. Onların halı necə olacaq? Kübar avropalılar sivilizasiyanın vermiş olduğu dəyərlərdən və ədəb-ərkandan bir anda imtina edirlər, mədəni toy şənliyi isə mağara insanının qanlı ritualına çevrilir.

“Barbarların Yazı” yazıçının müasir insan cəmiyyətinə qoyduğu qeyri-adi və gülməli proqnozdur. Bu günə qədər hələ heç kəs Avropanın gələcəyi haqqında bu qədər qısa və təsirli danışmamışdır.  Yonas Lüşer 1976-cı ildə İsveçrədə anadan olub, hal-hazırda Münxendə yaşayır.

İlk romanı – “Barbarların Yazı” ona uğur qazandırıb.

2013-cü ildə Bern mükafatına layiq görülüb, “Alman Kitabı” (Deutschen Buchpreis) mükafatının uzun siyahısında yer tutub. Fəlsəfə üzrə elmi dərəcəsi var.

Yonas Lüşer – “Barbarların yazı”
5.00