Skip to content Skip to footer
-19%

Yohan Heyzinq – Oynayan İnsan

13.00

Additional information

Category: Product ID: 20678

Description

Yohan Heyzinq (Johan Huizinga, 1872-1945) — Niderlandlı filosof, tarixçi və mədəniyyət araşdırmaçısı olub. Əvvəl Groningen Universitetinin, daha sonra Leiden Universitetinin proffessoru olub. Niderland alman faşist işğalında olarkən, 1942-ci ildə Yohan Heyzinq 3 ay müddətinə həbs olunur və sonra Leidendə yaşamasına izn verilmir. 1945-ci ilin fevralında, savaşın bitməsinə 4 ay qalmış bu böyük alim Arnem şəhəri yaxınlığında yaşayan dostunun evində vəfat edir.  

Heyzinq Orta Əsrlər və İntibah dövrünün Avropa tarixi sahəsində apardığı araşdırmalara görə dünyada şöhrət qazanıb. Ən məşhur əsərləri “Orta Əsrlərin Payızı” (1919), “Erazm” (1924) və Homo Ludens (“Oynayan İnsan”, 1938) elmi araşdırmalarıdır.

Bundan əvvəl Y. Heyzinqin “Orta Əsrlərin Payızı” Alatoran Yayınlarında işıq üzü görüb. “Oynayan İnsan” əsərinin tərcüməsini ana dilimizə qazandırmaqla görkəmli holland tarixçisi və kulturoloqunun seçilmiş əsərlərinin nəşrinə davam edirik. Klassik Homo ludens [Oynayan İnsan] əsəri oyun fenomeninin hərtərəfli mahiyyətinə və onun bəşər sivilizasiyasında universal əhəmiyyətinə həsr edilmişdir. Kitabda mədəniyyət tarixi və kulturologiyaya aid hələ də aktual olan fəlsəfi və metodoloji məsələlər hərtərəfli nəzərdən keçirilir. Y.Heyzinq tarixə və mədəniyyətə yanaşmanın nəzəri və əxlaqi əsaslarına aydınlıq gətirir. Bu əsərində müəllif mədəniyyət nəzəriyyəsi və tarixinin fundamental problemlərini  təhlil edir, araşdırma yüksək elmi dəyəri, aydınlığı və təqdimatının inandırıcılığı, parlaqlığı və inamlılığı ilə seçilir. Faktiki materialın müxtəlifliyi, əhatə dairəsinin genişliyi, üstəlik əsərin bədii məziyyətləri oxucunun diqqətindən qaçmayacadır. Yohan Heyzinqin əsərlərinə maraq illər keçdikcə artmaqdadır. Buna səbəb onun tarixi gerçəklərə sadiq qalmasında, onu araşdırarkən faktları ideologiyalara tabe tutmamasındadır. Heyzinqə görə tarix ondan “dərs çıxartmaq” üçün deyil, tarix canlı və çoxüzlü prosesdir, bəzən o başqa cür də cərəyan edə bilər. Ona görə tarixin hər hansı məqsədi və məcburiyyəti yoxdur, onun nə hər şeyi təyin edən prinsipləri, nə də hərəkətverici motoru vardır. Heyzinq tarixi prosesləri analiz edərkən onun monolit vəhdətini inkar edir. Bu yanaşma onun əsərlərinə inandırıcılıq verir. Heyzinq tarixi proseslərə pozitivist açıdan baxmır və bu proseslərin rasional izahı olduğunu iddia etmir. 

Yohan Heyzinq – Oynayan İnsan
13.00