Description
Qara yumor ustası Villem Elsxotdan möhtəşəm bir roman…
Kitabda hadisələr Birinci Dünya Müharibəsindən öncə Paris şəhərindəki bir qonaq evində cərəyan edir.
“Gül Evi”nin sahibi, hər vəchlə müştəriləri ələ alıb pul qazanan xanım Brulot övladını itirdikdən sonra bir daha ana ola bilməmişdi. Bu səbəbdən bütün sevgisini balaca meymunu Çikoya yönəltmişdi. Hətta əri cənab Brulota da kifayət qədər qayğı göstərmirdi.
Bu qeyri-adi qonaq evində kimlər var idi: vurub-tutan xanım Qendron, öz həyatına qəsd etmiş Brizard, sadəlövh norveçli Osqaard, üç macar gözəlçə və s.
Bu qədər qonaq bir dam altında olsa, hansı hadisələr baş verər?
Belçika ədəbiyyat tarixinin ən məşhur hekayələrindən sayılan bu kitab bəzi məqamlarda avtobioqrafik çalarlara da sahibdir. XX əsrin əvvəlinə aid Avropa həyatı haqqında ən təsirli və cəlbedici əsərlərdən biridir.

