Skip to content Skip to footer
-22%

Tonke Dragt – “Krala məktub”

Original price was: ₼18.00.Current price is: ₼14.00.

Additional information

Category: Product ID: 21139

Description

Holland yazıçısı Tonke Dragtın (1930-2024) “Krala Məktub” romanı son səhifələrə qədər nəfəs almağa imkan vermir. Gənc Tiuri cəngavər adını qazanacaqmı? Məktubu ünvanına çatdıra biləcəkmi? Bəs bu sirli məktubun içində nə var? Orta məktəb yaşlı uşaqlar üçün yazılmış bu kitabda həyəcan səngimək bilmir.

Tonke Dragt 1930-cu ildə İndoneziyada anadan olub, İkinci Dünya Müharibəsi zamanı, on iki yaşında o, ailəsi ilə birlikdə yapon əsirliyində düşərgə həyatı yaşayıb. Sonra ailəsi ilə Hollandiyaya köçüb. Haaqa Vizual İncəsənət Akademiyasını bitirib, rəssamlıq təhsili alıb.

1962-ci ildə onun ən məşhur romanı “Krala məktub” nəşr olunur və İlin Uşaq Kitabı Mükafatını qazanır. Əsər yüksək qiymətləndirilir və on altı dilə tərcümə edilir. “Krala məktub” 2008-ci ildə rejissor Pieter Verhoef tərəfindən ekranlaşdırılıb. Keçən illər ərzində  bu roman ən nüfuzlu mükafatları qazanıb, Tonke Dragt 2001-ci ildə Oranje Nassau Şərəf ordeni ilə təltif edilib.

Nəşr edildiyi gündən bəri “Krala məktub”un bir milyondan çox nüsxəsi satılıb və 2020-ci ilin mart ayında Netflix tərəfindən roman əsasında serial çəkilməyə başlayıb.

Tonke Dragt – “Krala məktub”
Original price was: ₼18.00.14.00Current price is: ₼14.00.