Skip to content Skip to footer
-17%

Tomas Korsqord – “Kaş kimsə gələrdi…”  

Original price was: ₼12.00.Current price is: ₼10.00.

Additional information

Category: Product ID: 21121

Description

Danimarkalı gənc yazar Tomas Korsqordun debüt romanı olan “Kaş kimsə gələrdi…”.

Danimarkada əyalətdə böyüyən bir yeniyetmənin miskin, qayğılı, valideyn diqqətindən kənarda qalan, ürəkdağlayan həyatını təsvir edir. Əsərin qəhrəmanı Tue üç bacı-qardaşın ən böyüyüdür. Ata bankdan kredit götürərək heyvandarlıqla məşğul olur. Özünəməxsus tərzdə ailəni idarə etməyə, hər şeyi nəzarətində saxlamağa çalışır.

Ana daha çox öz otağında oturub onlayn kazino oynayır, uşaqlarla isə heç maraqlanmır. Kazinoda pulları dalbadal uduzandan sonra borclu olmadığı adam qalmır. Valideyn qayğısı, diqqəti, himayəsi görməyən uşaqlar Danimarka əyalətlərində çətin şərtlər altında necə yaşayır, necə oxuyur, həmyaşıdları ilə necə münasibət qurur?

İdeal sandığımız Danimarka cəmiyyəti haqqında mifləri darmadağın edəcək, Şimali Avropanın iç üzünü açacaq möhtəşəm roman artıq Azərbaycan dilindədir.

Tomas Korsqord – “Kaş kimsə gələrdi…”  
Original price was: ₼12.00.10.00Current price is: ₼10.00.