Skip to content Skip to footer
-25%

Stefan Sveyq – “Dünənin dünyası”

9.00

Additional information

Category: Product ID: 20123

Description

Stefan Sveyq 1881-ci ildə Vyanada doğulub, atası yəhudi əsilli varlı bir fabrikant olub. Gələcək yazıçının uşaqlığı və gəncliyi haqqında o qədər də çox məlumat qalmayıb: özü bu haqda çox xəsisliklə danışıb hər zaman, əsrin sonlarında bütün Avropa intellektuallarının həyatına bənzər bir həyatı olduğunu söyləyib sadəcə.

1900-cü ildə gimnaziyanı bitirdikdən sonra Sveyq Vyana Universitetinə daxil olub. Artıq tələbəlik illərində öz vəsaiti hesabına “Gümüş simlər” (Silberne Saiten) adlı ilk şeirlər kitabını dərc etdirib. Vyana Universitetində elmi dərəcəsini tamamladıqdan sonra Londona, Parisə (1905) yollanıb, daha sonra İtaliyaya və İspaniyaya (1906), Hindistana, ABŞ-a, Kubaya, Panamaya (1912) səyahət edib. Birinci dünya savaşının son illərində (1917-1918) İsveçrədə, 1919-1934-cü illərdə isə Salsburqda yaşayıb. Savaş əleyhinə kəskin çıxışlar edib.

Nasistlər hakimiyyətə gələndən sonra Salsburqu tərk etmək məcburiyyətində qalıb. 1938-ci ildə İngiltərəyə, 1939-da isə Nyu-Yorka gedib, bir neçə ay sonra da Braziliyaya yollanıb. Yaradıcılığının ilk illərində Verlendən, Bodlerdən və Verharndan etdiyi tərcümələrlə tanınıb. Çox sayda esse, hekayə, romanlarla yanaşı, çox böyük ustalıqla qələmə aldığı bioqrafik oçerkləriylə də şöhrət qazanıb. Psixologiyaya və Freyd təliminə böyük marağı Sveyqin əsərlərində insan xarakterlərinin dərindən analiz edilməsində öz ifadəsini tapır. Özəlliklə də tarixi xarakterlər haqqında yazdığı əsərlər psixoloji dərinlik açısından diqqəti cəlb edir. Sveyq müharibəyə etiraz edərək və Avropanın içərisində olduğu böhrana dözməyərək 1942-ci ildə Braziliyada intihar edib.

“Dünənin dünyası” yazarın ən təsirli və məşhur əsəridir.

Stefan Sveyq – “Dünənin dünyası”
9.00