Description
Sergey Şarqunov (1980) – müasir rus ədəbiyyatının aparıcı simalarından biridir. O həm yazıçılıq, həm jurnalistika, həm də ictimai-siyasi fəaliyyəti ilə geniş təsir dairəsi yaratmışdır. Əsərlərində Rusiyanın son dekadalarının mənəvi portretini poetik realizmlə təqdim edir.
“Nədənsə yadıma düşdün” – Sergey Şarqunovun rusca “Свои” (Özümüzünkülər) adlı avtobioqrafik məzmunlu povest və hekayələr kitabının Azərbaycan dilindəki nəşrinə verdiyimiz addır. Kitabdakı hekayələrdən biri bu cür adlanır. Hekayələrdə S.Şarqunovun xatirələri, şəxsi və ailə təcrübələri, ona doğma olan obrazlar, sovet dövrü, 90-cı illərin atmosferi, ilk sevgi və uşaqlıq xatirələri öz əksini tapıb. Eyni zamanda kitabda müxtəlif personajlara aid hekayələr də toplanıb. Rusanovlar, Gerasimovlar, Fadeyevlər kimi tanınmış simaların həyatından maraqlı lövhələr hekayələrdə yüksək poetik dillə öz əksini tapıb. “СВОИ” – Rusiyanın prestijli “Böyük Kitab” və “Milli Bestseller” mükafatlarının finalçısı olmuşdur. Bu kitab Sergey Şarqunovun həm ədəbi portreti, həm də zaman və yaddaşla bağlı poetik səyahətidir.

