Skip to content Skip to footer
-22%

Samiq Alatoran – Sarborun dünyası

14.00

Additional information

Category: Product ID: 20874

Description

Dünyasının tək və həqiqi hökmdarı olmuş Ali Qüvvə Sarborun qeybə çəkilməsindən sonra möcüzəli, mühüm qədəhlər meydana çıxır: Kül Qədəh və Gül Qədəh. Bu müqəddəs piyalələrdən birincisi daşlaşmış küldən, digəri isə ecazkar güllərin sehrindən formalaşdırılıb.

Qarahay imperiyasının hakim olduğu Sol Diyar ilə Aza Dövlətinin qoruduğu Sağ Diyar arasında qanlı-qadalı mübarizəyə şahid olun. Aza dövləti Ulduz Ordeninin rəhbərliyi altında Gül Qədəhi şər qüvvələrdən qorumağa səy göstərsə də, böyük bir bəxtsiz hadisənin rəvac verdiyi lənətdən – Kül Qədəhlə Qarahay İmperatorunun arasındakı münasibətlərdən xəbərsizdir.

İki qədəh dünyanın taleyinə təsir edən bu iki qüvvənin mübarizəsinə istiqamət verir və bu mübarizədə oxucu qaranlıqla işıq arasında epik hekayənin müşayiətçisi olur.

Sarborun səpələnmiş irsini Şərin əlindən xilas etmək üçün unikal dünyanın qəhrəmanları ilə unudulmaz səyahət sizi gözləyir.

Samiq Alatoran – Sarborun dünyası
14.00