Description
“Pionerin qayıdışı” yazıçı-jurnalist, iki dəfə Rusiyanın “Böyük kitab” («Большая книга») mükafatını qazanmış, məşhur “Brejnev şəhəri”, “Keçmiş Lenin”, “Sonuncu dəfə” romanlarının müəllifi Şamil İdiatullinin (1971) yeni romanıdır.
1985-ci ildə üç nəfər orta məktəbli şagird gizli “Pioner” kosmik proqramında iştirak etmək üçün seçilir. Yeniyetmələr kainatı fəth etməyə kömək etməli və bəşəriyyəti ölümcül təhlükədən xilas etməlidirlər. Lakin yer üzünə qayıtdıqda onları heç kimin tanımadığı, dəyər verdikləri və uğrunda fədakarlıq etdikləri heç bir şeyin qalmadığı uzaq bir gələcəkdə, yəni bizim yaşadığımız indiki zamanda görürlər.
Qəhrəmanlar ya bununla barışmalı, ya da and içdikləri kimi “mübarizə apararaq” yaşamağa davam etməlidirlər.