Skip to content Skip to footer
-25%

Salome Zurabişvili – Gürcüstana doğru

6.00

Additional information

Category: Product ID: 20059

Description

Salome Zurabişvili 1952-ci il martın 18-də Parisdə, gürcü siyasi mühacirin ailəsində, Fransanın Gürcüstan diasporunun sədri Levan Zurabişvilinin ailəsində anadan olmuşdur. Levanın atası 1921-ci ildə Gürcüstandan SSRİ işğalına görə qaçan siyasi mühacirlərdən biri idi. 1972-ci ildə Salome Zurabişvili Paris Siyasi Elmlər İnstitunu, 1973-cü ildə Kolumbiya Universitetini, 1981-ci ildə isə Parisin Milli Təhsil məktəbini bitirmişdir.

Salome 30 il Fransa XİN-də diplomat kimi fəaliyyət göstərib Zurabişvili Gürcüstana ilk dəfə 2001-ci ildə Fransanın Gürcüstandakı səfiri kimi gəlib. Lakin 2004-cü ilin martında Zurabişvili artıq prezident Mixail Saakaşvilinin sərəncamı ilə inqilabçı hökumətdə ölkənin xarici işlər naziri təyin edilib.

Elə həmin vaxt gürcü vətəndaşlığı alan Salome bununla yanaşı fransız vətəndaşlığını da qoruyub saxlayıb. Xarici işlər naziri vəzifəsində Zurabişvili bir ildən artıq fəaliyyət göstərib.2005-ci ildə nazirlikdən uzaqlaşdırılan Salome, Saakaşviliyə müxalif mövqeyə keçib. 2010-cu ilə qədər “Gürcüstan yolu” müxalif partiyasına rəhbərlik edən Zurabişvili daha sonra BMT-nin İrandakı vəziyyət üzrə monitorinqinin ekspert qrupuna daxil olub. 2013-cü ildə keçirilən prezident seçkilərində iştirak etmək istəyən Zurabişvilinin qeydiyyatdan keçmək müraciəti ikili vətəndaşlığa görə rədd edilmişdi.

2016-cı ildə keçirilən parlament seçkilərində Tbilisidəki majoritar dairələrdən birində müstəqil namizəd kimi iştirak edən Zurabişvili hakim partiyanın dəstəyi ilə parlamentə seçilib. 2018-ci il prezident seçkilərində iştirak etməkdən ötrü Fransa vətəndaşlığından imtina edib.

“Gürcüstana doğru” Salome Zurabişvilinin avtobioqrafiyasıdır.

Salome Zurabişvili – Gürcüstana doğru
6.00