Description
Gənc filosof Rüstəm Ayaksın növbəti kitabı olan “Damlalar”da müəllifin fəlsəfi esseləri ilə yanaşı 2 hekayəsi də yayınlanmışdı.
Azərbaycan yeni fəlsəfi mətnlərinin yaradılmasında Rüstəm Ayaksın qiymətli çalışmaları vardı.
Onun tərcüməsində Alatoran Yayınlarında işıq üzü görən Şopenhauerin “Aforizmlər” kitabı oxucular tərəfindən maraqla qarşılanmış, mürəkkəb fəlsəfi mətnlərin Azərbaycan dilində düzgün ifadə qazanması sahəsində bu kitab yeni dəyərli nümunə olmuşdur.