Skip to content Skip to footer
-17%

Robert Muzil – “Üç qadın”

5.00

Additional information

Category: Product ID: 20118

Description

“Üç qadın” toplusu 1924-cü ildə Berlində çap olunub.

Bura daxil olan əsərlərin hər birinin öz yaradıcılıq tarixçəsi var və ilkin olaraq hər biri ayrı ayrılıqda nəşr olunmuşdu. “Qriciya” (1921) və “Potuqaliyalı qadın” (1923) yazıçının 1914-1916-cı illərdə İtaliya cəbhəsində olan zaman aldığı təəssüratlardan yaranıb.

“Tonka” (1922) əvvəlcə böyük romanın bir hissəsi kimi düşünülmüşdü və fəhlə mühitindən çıxmış bir qızın Herma Disin Bryunda 1901-ci ildə Robert Müzil ilə həyatını bağlayan və onun ardınca Berlinə gedən, sonra novellada təsvir olunan səbəblərə bənzər şəraitdə dünyasını dəyişən bir əhvalata əsaslanır. Novellalar öz daxili müstəqilliyini qoruyub saxlasalar da əsas mövzularda və problematiakalarda sıx bağlılıq özünü göstərir. 

Novellalarda məkan və zaman anlayışlarının birləşməsi çox maraqlıdır. Müəllif bunları absolyut və anonim məkanın birləşməsi üçün istifadə edir.

“Qriciya”da mağaranın hüdudlarına qədər, “Portuqaliyalı qadın”da fon Kettenin qəsrinin otaqları, “Tonka”da yazıq sevgililərin kasıb sığınacağı. Müəllifin zamanı dayandırma üsulu diqqət çəkir: Zamanın ölümü qəhrəmanların ölümünə gətirib çıxarır (Qomo mağarada həlak olur, Tonka xəstəxanada dünyasını dəyişir) və sağalması başqa dünyada oyanmasına gətirib çıxarır ( fon Ketten və arvadına sirli şəkildə xoşbəxtlik nəsib olur).

Antinağıl kimi təqdim olunan “Tonka”da insanlar sirli faktlara rasional izah verməyə çalışır, sehrli hadisələrə inanmaqdan imtina edirlər.

Əsas qəhrəmanın sağ qalması onun “başqa” bir dünyanın adamı olması adi dünyaya gedən yolda bir cəhddir. O isə bu halda yaşamaq istəmir.

Robert Muzil – “Üç qadın”
5.00