Skip to content Skip to footer
-17%

Rasim Qaraca – “Azərbaycan Arqo Deyimləri”

Original price was: ₼120.00.Current price is: ₼100.00.

Additional information

Category: Product ID: 20955

Description

“Azərbaycan Arqo Deyimləri”nin 5-ci nəşri qarşınızdadır. İlk nəşri 78 səhifə olan bu kitab ötən 20 il ərzində əlavələr edilərək 350 səhifəyə çatıb.

Bu həcm irəlidəki illərdə daha da arta bilər, dilimizin imkanları sonsuzdur. Arqo deyimlər kitabının dəyərini bilənlər az deyil, ancaq kimlərsə də onun çap olunmasını gərəksiz sayır. Mənə görə, bu deyimləri qiymətli edən, onların yeni dünya şərtlərində sürətlə yoxa çıxmasıdır.

Düzdür, yeniləri yaranır, ancaq dilimizin böyük bir parçası olan bu deyimlər, yazıya köçürülmədikcə, zamanın burulğanında sovrulub yoxa çıxır. Mən deyərdim, hər bir dilin yaşaması üçün onun tabu altında olan alt qatının yaşaması zəruridir, bir insanın idrakının onun şüuraltısından asılı olduğu kimi, arqo deyimlər də bir dilin kollektiv şüuraltısını əks elətdirməkdədir…

Kitabı oxuyanlara, şüuraltı dünyasına xoş gəldiniz, demək istəyirəm. Öz milli kimliyimizlə yaxından tanış olmaq, üzləşmək istəmədiyimiz, üzərinə pərdə çəkilmiş keçmişimizi izləmək cəsarəti olanlar buyursunlar…

Rasim Qaraca – “Azərbaycan Arqo Deyimləri”
Original price was: ₼120.00.100.00Current price is: ₼100.00.