Skip to content Skip to footer
-17%

Orxan Əyyub – Külək gülü

15.00

Additional information

Category: Product ID: 20879

Description

Fərhad yoxa çıxmış dostu və müəllimi Nizaminin qətldə ittiham olunduğunu öyrənəndə onu tapmaq üçün axtarışa başlayır.

Hələ də sevdiyi, iki il əvvəl ayrıldığı həyat yoldaşı Şirin isə şəhərə qayıdıb və Fərhad onunla münasibətlərini bərpa etmək istəyir. Bu axtarış həm gerçək Bakıda, həm də yuxu ilə gerçəyin sərhədində, şəxsi xatirələrin tarixə qarışdığı daha qaranlıq, başqa Bakıda yaşanır. Bu iki şəhərdən hansı daha gerçəkdir?

Fərhad Nizamini axtararkən həm də bunu müəyyən etməlidir. Bəlkə də heç iki şəhər yoxdur. Onlar çoxdan bir-birinə qarışıb. Bəs Şirin? Sevgi bu dəfə qalib gələcək? Orxan Əyyub beş ilə yazdığı romanında təkcə həyatı, yuxuları, xatirələri, gerçək və uydurduğu tarixi yox, həm də ədəbi janrları və üslubları iç-içə keçirir, Nizami Gəncəvinin “Xosrov və Şirin”, Dante Alighieri’nin “İlahi komediya” poemaları başda olmaqla, bir çox bədii mətni “darıxmaq hissinin paytaxtı” adlandırdığı Bakıda yenidən yaradır.

“Geridə tək ehtimal qalırdı: bütün bunlar onun yorğun təxəyyülünün məhsulu idi, amma Fərhad heç cür bu son ehtimalı qəbul etmək istəmirdi. Onu qəbul etsə, hər şey bu cür sadə və adi olsa yuxulardan, qorxulardan, ümidlərdən və köpüklü dəniz dalğalarından, qaranlıq gecələrin it hürüşmələrindən, solğun işıqlardan, dumandan və dumanlı xatirələrdən, sökülüb tökülən divarlardan və köhnə əşyalardan, qeybdən gələn səslərdən, qarabasmalardan bəslənən bu Bakı – içində minlərlə insanın yaşadığı, gəzdiyi, xəritələrdəki Bakı yox, özünü ancaq ona göstərmiş əsl Bakı oyun kartlarından qurulmuş qəsr kimi uçub dağılacaqdı, bir göz qırpımında yox olacaqdı. Onun yaşaması üçün, davam etməsi üçün mütləq qaranlıqlarda gizlənmiş köklərini inanılması müşkül şeylərə inanmaqla qidalandırmaq lazım idi”.

Orxan Əyyub – Külək gülü
15.00