Description
Onlar ölmək üçün çox gənc, yaşamaq üçün çox məsum idilər.
“Vətənin dar günündə cəbhəyə yollanan, qara günlər keçib getdikdən sonra öz doğma kəndlərinə, sadə iş-gücünə, güzəranına qayıdan insanların hekayəsidir bu. Onların tək bircə istəyi və bir vəsiyyəti vardır: “Vətən sağ olsun!”
“O məhzun çöhrəli, dərisi günəşdə yanmış yeniyetmələr qibtə olunacaq qəhrəmanlıqları sanki gündəlik həyatlarının bir parçasıymış kimi yaşayar, “biz nə etdik ki?” deyərcəsinə çaşqın baxışlarla baxarlar.
“Onlar nəyə ehtiyac olarsa, ona uyğunlaşmağa hazır bir cövhərlə yaşamağa davam edirdilər; uniformalarını soyunduqdan sonra təvazökar bir əkinçi, geyindiklərində isə ya şəhid, ya da qazi olurdular…”
Ailə albomlarımıza baxanda, böyüklərimizin xatirələrini dinləyəndə öz şəxsi tarixçəmizin tamamlandığını hiss edirik. Eyni ölkənin insanları kimi bizə qeyri-adi görünən bu xatirələri bir araya gətirdikdə isə ölkəmizin tarixi ortaya çıxmış olur.
Bax buna görə də, əlinizdə olan bu kitabda yazılanlar təkcə yazıçı Murat Kayanın babası Qayalı Mehmetin həyat hekayəsi deyil, həm də Vətən torpaqlarını qanı ilə sulayan şəhidlərimizin, qazilərimizin qəhrəmanlıq hekayəsidir.
Doqquz il boyunca müxtəlif cəbhərdə onlarca fərqli millətdən olan əsgərlə savaşan Qayalı’nın, Ankarada başlayıb Geliboluda davam edən və oradan Bakıya qədər uzanan, Əzrailin kölgəsində addım-addım tamamladığı yolculuğu, yaxşı bir kitab oxumanın yanında ruhani bir yoldaşlıq üçün sizi öz səhifələrinə dəvət edir.