Description
Mira haqqında üç əhvalat
Mira cümə günlərini sevir, axı cümə günləri həm də istirahət günləri deməkdir. Həmin gün konfet olur, amma dərs olmur. Amma adamın dostu cümə günü ona qonaq gəlirsə, həmin gün də anası qoz-fındıq alıb gətirirsə, həmin günü necə təsəvvür edərsiniz?
Məktəbdə qaçış yarışı olacaq, Mira isə idman ayaqqabılarını atasıgildə unudub. Miranın anası öz ayaqqabılarını ona təklif edir, amma Mira bu fikiri bəyənmir. Amma təəəssüf ki, başqa seçim yolu yoxdur. Bu yarış nəticəsində Mira başqa bir istedadını üzə çıxarmış olur.
Mira dostları ilə Hellouini qeyd etməyə hazırlaşır. Amma anası da onlarla getməyə qərar verir və o, biabırçı bir paltar geyinir. Off, ananın belə vəziyyətdə orda olması utandırıcıdır, Şənlik zamanı ana qəfildən yoxa çıxır və bundan sonra maraqlı hadisələr baş verir.