Skip to content Skip to footer

MELİNDA NADJ ABONJİ – Göyərçinlər havalanarkən

Additional information

Category: Product ID: 20791

Description

Əziz oxucular! Çox təsirli bir kitabla tanış olursunuz. Valideynləri ilə İsveçrədə yaşamaq məcburiyyətində qalan bir qızın arzu və istəkləri, hissləri, qorxuları və ümidləri kitabda öz əksini tapıb. Ailə bir neçə il əvvəl İsveçrəyə mühacirət edib, əvvəlcə ata, sonra isə icazə verilən kimi iki qızı Nomi və İldiko ilə ana. Bütün bunları burada danışan isə İldikodur.

Beləliklə, ailə artıq İsveçrədə, rahat bir evdədir, pul qazanmaq üçün yeməkxana işlədirlər və uşaqlar da orada böyüyür. Lakin çətinliklər yoxa çıxmayıb. Yaşadıqları kiçik qəsəbədə əcnəbilərə qarşı fərqli münasibət əsərin qəhrəmanını incidir və o tez-tez öz keçmişini, indi uzaqda qalmış Serbiyanın şimalındakı Voyvodina kəndini xatırlayır.

MELİNDA NADJ ABONJİ – Göyərçinlər havalanarkən