Skip to content Skip to footer
-30%

Mats Strandberg və Sara B.Elfgren – “Dairə”

7.00

Additional information

Category: Product ID: 19644

Description

Mats Strandberg və Sara B.Elfgrenin birlikdə qələmə aldığı “Dairə” romanı müasir İsveç ədəbiyyatında müsbət səs-küy yaradan və yeniyetmələr, gənclər üçün nəzərdə tutulan dünyanın 23-dən artıq dilinə tərcümə edilən “Engelsfors” trilogiyasının ilk hissəsidir.

Əsərdə hadisələr İsveçin mərkəzində yerləşən xəyali Bergslagen şəhərində yaşanır və bir qrup gənc yeniyetmə qızın başına gələn qeyri-adi, sehrli hadisələrdən bəhs edir. Bu qızlar az sonra bir kəşf edir: Sən demə onlar cadügərdir və dünyanı başqa dünyalardan gələn şər qüvvələrdən qorunmaq üçün seçiblər.

Fantastika, psixoloji realizm, dəhşət və mübarizə elementlərini özündə birləşdirən və qeyri-adi sonluğa malik kitab İsveçdə  “Bokbloggarnas litteraturpris” mükafatını qazanıb və ədəbi tənqidçilər tərəfindən xeyli tərif qazanıb.

Ümid edirik ki, “Dairə” Azərbaycan oxucuları arasında da öz laiqli qiymətini alacaq.

Mats Strandberg və Sara B.Elfgren – “Dairə”
7.00