Description
Mats Strandberg və Sara B.Elfgrenin birlikdə qələmə aldığı “Dairə” romanı müasir İsveç ədəbiyyatında müsbət səs-küy yaradan və yeniyetmələr, gənclər üçün nəzərdə tutulan dünyanın 23-dən artıq dilinə tərcümə edilən “Engelsfors” trilogiyasının ilk hissəsidir.
Əsərdə hadisələr İsveçin mərkəzində yerləşən xəyali Bergslagen şəhərində yaşanır və bir qrup gənc yeniyetmə qızın başına gələn qeyri-adi, sehrli hadisələrdən bəhs edir. Bu qızlar az sonra bir kəşf edir: Sən demə onlar cadügərdir və dünyanı başqa dünyalardan gələn şər qüvvələrdən qorunmaq üçün seçiblər.
Fantastika, psixoloji realizm, dəhşət və mübarizə elementlərini özündə birləşdirən və qeyri-adi sonluğa malik kitab İsveçdə “Bokbloggarnas litteraturpris” mükafatını qazanıb və ədəbi tənqidçilər tərəfindən xeyli tərif qazanıb.
Ümid edirik ki, “Dairə” Azərbaycan oxucuları arasında da öz laiqli qiymətini alacaq.