Skip to content Skip to footer
-20%

Malin Klingenberg – “Partik və təqaüdçülər gücü”

Original price was: ₼10.00.Current price is: ₼8.00.

Additional information

Category: Product ID: 21098

Description

Kiçik bir şəhərdə yerləşən məktəbdə hansısa sinif otağında bir oğlan oturub, dərin düşüncələrə dalıb. Oğlanın adı Patrikdir və o, xəritələri çox sevir. Onun üç xəritəsi var: biri dünya xəritəsi, ikincisi ulduzlu səma xəritəsi və üçüncüsü də yaşadığı şəhərin xəritəsidir.

Bu gün Patrikin həyatındakı ən həyəcanlı gün olacaq, amma o hələ bunu bilmir. Az sonra sinfin ən dəcəl şagirdi – İren onu ələ salacaq və Patrik məktəbdən qaçacaq. Evə aparan avtobusa minib gedərkən, təsadüfən bir qrup təqaüdçünün arasına düşəcək.

Qısa müddətdən sonra məlum olacaq ki, təqaüdçülərdən biri – Elza qaçırılıb və Patrik özünü birdən-birə həyəcanlı və sürətli bir macəranın içində tapacaq.

Görəsən, Patrik Elzanı xilas edə biləcəkmi? Və bu qaçırılmada yaramaz uşaq İrenin rolu nə olacaq?

Malin Klingenberg – “Partik və təqaüdçülər gücü”
Original price was: ₼10.00.8.00Current price is: ₼8.00.