Description
İrenin atası Bi-Keps və onun cani dəstəsi çətin vəziyyətdədir. Onlar uzun müddətdir heç bir cinayət törədə bilməyiblər və indi “Ən Bədxah Canilər Klubu”nun kralı Viktor Tir onları klubdan qovmaqla hədələyir.
Bi-Keps öz şərəfini xilas etmək üçün indiyə qədərki ən böyük cinayət planını hazırlayır.
Amma canilər bilmədən, onlara gizlicə kömək edən biri var – İren. O, bankın seyfindən bütün pulları sovuran bir maşın düzəldir. Lakin Patrik və onun dostları – “Təqaüdçülər Gücü” ilə qarşılaşacaqlarını ağıllarına gətirmir…
“Patrik və Təqaüdçülər Gücü” kitabındakı dolğun obrazlar seriyanın davamı olan “İren və Pulgirlər”də geri qayıdır. Bu oxumağa yeni başlayan uşaqlar üçün maraqlı hadisələrlə dolu bir hekayədir. Joanna Vikström Eklövün ağ-qara illüstrasiyaları hekayənin incə yumoru ilə gözəl uyğunluq təşkil edir.

