-14%

Jina Xayyer – Pişiyin qəlbində

Original price was: ₼14.00.Current price is: ₼12.00.

Additional information

Category: Product ID: 21389

Description

Fransanın cənubunda gecədir. Jina masasının arxasında oturub, telefonu əlindədir. “Instagram” lenti hər saniyə yenilənir. O oxuyur: “Jina Mahsa Amini Tehranda əxlaq polisi tərəfindən döyülərək komaya düşüb”. Növbəti an dərk edir: onunla eyni adı daşıyan gənc qadın ölüb. Lentdə fotolar bir-birini əvəz edir: küçələrə axışan minlərlə insanın etiraz yürüşü, saçlarını örtməyən qızlar və qadınlar, onların arasında Jinanın bacısı Röya və qardaşı qızı Nika da var.

İndiki zamanı anlamaq cəhdi kimi başlayan bu proses, keçmişə səyahətə çevrilir. Çünki baş verənlər Jinada İrandakı öz xatirələrini oyadır: insanların qonaqpərvərliyi, xalaların zəngin süfrələri, marşrut taksilərindəki rastlaşmalar, Yəzd şəhərindəki Zərdüşt atəşgahına yolçuluq və gizli bir sevgi… Həmçinin Jinanın iştirak etdiyi və onun üçün həlledici həyat təcrübəsinə çevrilən 2009-cu il “Yaşıllar hərəkatı” etirazları.

“Pişiyin qəlbində” (Im Herzen der Katze) – milliyyət və aidiyyət, qadınlıq və azadlıq anlayışlarını sorğulayan bir ailə və sevgi hekayəsidir. Jina Xayyer poetik bir intensivliklə cəsarətdən, həmrəylikdən, məsuliyyətdən və insanın yaxasını buraxmayan bir vətən duyğusunun əks-sədasından bəhs edir.

Jina Xayyer 1974-cü ildə İranın paytaxtı Tehranda anadan olub. Onun ailəsi o hələ uşaq ikən Almaniyaya köçüb. Jina Almaniyanın Münxen şəhərində böyüyüb və təhsil alıb, lakin yaradıcılığında və jurnalist fəaliyyətində həmişə doğulduğu torpaqlarla – İranla olan qırılmaz bağlarını qoruyub saxlayıb. Hazırda o, Parisdə yaşayır və fəaliyyət göstərir.

Jina Xayyer – Pişiyin qəlbində
Original price was: ₼14.00.12.00Current price is: ₼12.00.