-13%

İnqeborq Baxmann – “Malina”

Original price was: ₼16.00.Current price is: ₼14.00.

Additional information

Category: Product ID: 21370

Description

İnqeborq Baxmannın “Malina” romanı XX əsr Avropa ədəbiyyatının ən mürəkkəb və sarsıdıcı mətnlərindən biridir. 1971-ci ildə nəşr olunanda tənqidçilər onu həm “sirli bir sevgi romanı”, həm də “ruhun sonsuz imkanları haqqında əsər” adlandırmışdı. Doğrudan da, roman zahirdə sadə bir sevgi hekayəsi kimi başlayır: Vyanada yaşayan bir qadın İvan adlı kişiyə vurulub yaşayır və eyni evdə Malina ilə qalır. Lakin mətn irəlilədikcə bu münasibətin klassik sevgi süjeti olmadığı aydınlaşır. Romanın üç fiqurundan ikisi – təhkiyəçi qadın və Malina – eyni şüurun iki tərəfi kimi oxunur: sevən, parçalanan, qorxan tərəf və onu nəzarətdə saxlamağa çalışan rasional tərəf. Malina obrazı əsərdə kişi kimi təqdim olunur; o, sakit, ölçülü və nəzarətçi bir fiqurdur. Onun kişi olaraq verilməsi təsadüfi deyil, o həm şüurun rasional hissəsini, həm də patriarxal nizamın daxilə yerləşmiş səsini təcəssüm etdirir. İvan isə xarici dünyanın, arzu və sevginin real ünvanıdır. Beləliklə, “Malina” ən qeyri-adi üçbucaq hekayəsidir: iki fiqur bir varlığın içində birləşir, lakin hər biri eyni zamanda “ikidir”.

“Malina”nın poetik quruluşu klassik nəsrdən uzaqdır. Mətn bəzən dialoq, bəzən səhnə, bəzən də musiqi partiturası kimi oxunur. Ritm işarələri və ton dəyişmələri şüurun parçalanmasını ifadə edir. Reallıq və hallüsinasiyanın sərhədləri silinir; hadisələrdən çox psixikanın daxili prosesləri ön plana çıxır.

Romanın finalı sərt bir nəticəyə gətirir: insan yaşaya bilmək üçün öz hisslərini susdurduqda, daxilindəki canlı hissəni itirir. “Malina” həm sevgi haqqında, həm də insanın öz şüurunda itib getməsi haqqında romandır. Bu, bir qadının yoxa çıxmasının hekayəsi olmaqla yanaşı, müasir insanın daxili özünüməhv mexanizminin poetik və fəlsəfi təsviridir.

İnqeborq Baxmann – “Malina”
Original price was: ₼16.00.14.00Current price is: ₼14.00.