-18%

İllarion Pavlyuk – “Görürəm, sizi zülmət maraqlandırır”

Original price was: ₼22.00.Current price is: ₼18.00.

Additional information

Category: Product ID: 21503

Description

İllarion Pavlyuk müasir Ukrayna ədəbiyyatının psixoloji triller, mistika və intellektual detektiv sahəsində seçilən müəlliflərindən biridir. 1980-ci ildə Ukraynanın Xerson vilayətinin Skadovsk şəhərində doğulan Pavlyuk ixtisasca jurnalistdir. Televiziya jurnalistikası, sənədli kino, ssenaristlik və prodüserliklə məşğul olub, beynəlxalq müxbir kimi Yaxın Şərq mövzusunda çalışıb, 2015-ci ildə isə Ukraynanın şərqində gedən döyüşlərdə könüllü batalyonun tərkibində iştirak edib. Bu müxtəlif həyat təcrübələri onun nəsrində xüsusilə hiss olunur: Pavlyuk insan davranışına jurnalist müşahidəçiliyi, hadisəyə ssenarist dinamizmi, travmaya isə psixoloji maraqla yanaşır.
Pavlyuk ədəbiyyata nisbətən gec gəlsə də, qısa müddətdə özünəməxsus yazı üslubu formalaşdırıb. Onun “Ağ kül” (Білий попіл), “Axmağın rəqsi” (Танець недоумка) və “Görürəm, sizi zülmət maraqlandırır” (Я бачу, вас цікавить пітьма) romanlarını birləşdirən mühüm xüsusiyyət zahirən janr ədəbiyyatına məxsus süjetlərin altında insan psixikasının daha mürəkkəb qatlarının
araşdırılmasıdır. Pavlyukun özünün dediyi kimi, onun üçün janr məqsəd deyil, alətdir. Detektiv, fantastika, mistika və triller elementləri müəllifə insanı ekstremal vəziyyətə salaraq onun daxilində gizlənən qorxunu, günahı, vicdanı və özünüaldatmanı üzə çıxarmaq imkanı verir.
2020-ci ildə nəşr olunan iri həcmli “Görürəm, sizi zülmət maraqlandırır” Pavlyukun bu poetikasının ən genişmiqyaslı ifadələrindən biridir. Nəşriyyat özü əsəri psixoloji-mistik triller kimi təqdim etsə də, romanı yalnız bu janrın çərçivəsində qiymətləndirmək çətindir. Burada detektiv, psixoloji triller,
mistik roman, horror, fəlsəfi pritça, magik realizm və qəribə nəsr elementləri bir-birinə qarışır. Əsər haqqında filoloji araşdırmalarda da onun məhz bu çoxjanrlılığı vurğulanır.

 

İllarion Pavlyuk – “Görürəm, sizi zülmət maraqlandırır”
Original price was: ₼22.00.₼18.00Current price is: ₼18.00.