Skip to content Skip to footer

Halldor Laksness – “Azad insanlar”

Additional information

Category: Product ID: 20818

Description

Halldor Kilyan Laksness 1902-ci il aprelin 23-də Reykyavik ətrafındakı bir qəsəbədə doğulub. Yazmağa olan güclü həvəsi hələ uşaqlıq illərində, fermalarında ailəsindən ənənəvi xalq nağıllarını və qədim dastanları dinləyərək formalaşıb, ilk məqaləsi on dörd yaşında ikən bir milli qəzetdə dərc edilmişdir.

Laksness roman, hekayə, esse, şeir, tənqid növlərində altmışdan çox əsər yazmışdır. Əsərləri İslandiya və Avropada böyük marağa səbəb olmuşdur. 1953-cü ildə Dünya Sülh Konqresinin Ədəbiyyat mükafatını, 1955-ci ildə Nobel Ədəbiyyat mükafatını, 1969-cu ildə Sonninq mükafatını qazanan Laksness 1998-ci ildə həyatla vidalaşmışdır.

Halldor Laksness “Azad insanlar”da müstəqilliyinə bağlı bir xalqın nümayəndəsi olan fermerin həyat mübarizəsindən bəhs edir. Bjartur on səkkiz il bir qarın yemək üçün işlədiyi to­rpaq ağasından satın aldığı fermasında arvadı, uşaqları, iti və qoyunları ilə təbiətə, tacirlərə və xurafatlara meydan oxuyan, sanki öz dünya müharibəsində döyüşən yoxsul bir fermerdir. İşlər heç cür istədiyi kimi getmir, amma hər dəfə ayağa qalxmağı, mübarizəyə qaldığı yerdən davam etməyi bacarır. Laksnessin ürəyi istədiyi kimi davranan, inadkar Bjartura və ətrafındakılara həssas, mehriban bir dillə həyat verdiyi sətirlər Jomsvikinq balladalarından Eddalaradək qədim İslandiya dastanlarının izi ilə gedir.

“Azad insanlar” hər növ təzyiqə baş qaldıran, hər çətinliyi aradan qaldırmağa qərarlı bir insanın epik, bəzən də komik sərgüzəştindən bəhs edən, dövrlər və məkanlardan irəliyə uzanan, ovsunlayıcı bir klassik əsərdir.

Halldor Laksness – “Azad insanlar”