Skip to content Skip to footer
-20%

Fridrix Niçşe – “Antixrist. Xristianlığa lənət”

Original price was: ₼10.00.Current price is: ₼8.00.

Additional information

Category: Product ID: 21107

Description

“Antixrist. Xristianlığa lənət” (alm. Der Antichrist. Fluch auf das Christenthum) — alman filosofu Fridrix Niçşenin 1895-ci ildə ilk dəfə nəşr olunan kitabıdır. Əsər 1888-ci ildə yazılmışdır, lakin onun qalmaqallı məzmunu səbəbilə nəşri təxirə salınmışdır. Eyni ildə yazılmış “Ecce Homo” əsəri ilə də eyni taleyi yaşamışdır. Bundan əlavə, kitabda bərabərlik və demokratiya kimi daha geniş anlayışlara da toxunulur.

Niçşe həqiqi xristianların varlığını inkar edir və deyir: “mahiyyət etibarilə yalnız bir xristian olub və o da çarmıxda ölüb”. O, xristianlığı ittiham edir və iddia edir: “xristian inancı hər şeyi korlayıb və bütün dəyərləri dəyərsizləşdirib, həmçinin “hər bir həqiqəti yalan, hər bir dürüstlüyü mənəvi alçaqlıq halına salıb”. “Ruhların Tanrı qarşısında bərabərliyi” anlayışını isə saxtakarlıq adlandırır.

Niçşe həmçinin xristianlığı “güclü insanı”, yəni instinktlərinə tabe olan insanı “yararsız insan”, “təhqir olunmuş varlıq” halına gətirməkdə günahlandırır. O, xristianlığı “bütün uğursuzlara və zəiflərə fəal şəkildə rəhm etmək” kimi səciyyələndirir və bu xüsusiyyəti hər hansı bir mənəvi eyibdən daha zərərli hesab edir.

O, xristianlığın əsas fəzilətlərindən biri olan rəhmli olmağı rədd edərək bildirir ki, rəhm etmək insanı sıxıb əzir və onun gücünü əlindən alır. Dini inancı isə “həqiqəti bilməyi istəməmək” adlandırır.

Fridrix Niçşe – “Antixrist. Xristianlığa lənət”
Original price was: ₼10.00.8.00Current price is: ₼8.00.