Description
“Modernləşmə nəzəriyyəsi” ən yığcam şəkildə ifadə edilərsə, müasir Qərb sosioloqlarının modern olmayan cəmiyyətlər üçün yazdığı sosioloji reseptin adıdır.
Bu gün sosial mühəndislik deyilən bir anlayışdan danışırıqsa, bunun yol göstərənləri modernləşmə nəzəriyyəçiləridir. Modernləşmə Nəzəriyyəsi İkinci Dünya Müharibəsindən sonra ABŞ-nin aparıcı universitetlərində hazırlanmış nəzəri çərçivədir.
Bu, homojen bir çərçivə olmasa da, Qərb sosial elm adamlarının qeyri-Qərb cəmiyyətlərinə baxış tərzini istiqamətləndirən və hələ də istiqamətləndirməkdə olan bir paradiqmadır. Bu kitabın əsas tezisi ondan ibarətdir ki, modernləşmə nəzəriyyəsini dərk etmədən mövcud qloballaşma mübahisələrini düzgün qiymətləndirmək olmaz.
Qloballaşma və modernləşmə problemlərinə fərqli prizmadan baxan bu kitabda modernləşmə nəzəriyyəsinin əsaslandığı nəzəri və sosial təməllər, nəzəriyyənin aparıcı mütəfəkkirləri və onun fundamental arqumentləri inkişaf müzakirələri kontekstində araşdırılır.

