Description
Evald Flisar 1945-ci ildə, o vaxt hələ Yuqoslaviyanın bir hissəsi olan Sloveniyada anadan olub, müasir sloven ədəbiyyatının simvoludur.
Romanları, dram əsərləri dünyanın müxtəlif dillərinə tərcümə edilib, o cümlədən Azərbaycan dilində bundan əvvəl iki romanı çap olunub. Esseist, redaktor, globe-trotter (98 ölkəyə səyahət etmişdir) kimi hər zaman diqqət mərkəzindədir. Avstraliyanın Sidney şəhərində yeraltı qatar maşinisti, Londonda elm və ixtira ensiklopediyasının (digər nəşrlərlə yanaşı) redaktoru, qısa hekayələrin müəllifi olmuş, BBC üçün radio pyeslər yazmış, eyni zamanda Sloven Yazıçılar Assosiasiyasının prezidenti (1995-2002) olmuşdur.