Skip to content Skip to footer

Evald Flisar – Atamın yuxuları

Additional information

Category: Product ID: 20768

Description

“Atamın yuxuları” Sloveniyalı yazıçı Evald Flisarın ən yaxşı romanlarından biridir. Yazıçının bu günə qədər ümumən 13 romanı nəşr olunub.
Tənqidçilər bu əsəri “retrospektiv özünüdərketmə” adlandırır, roman ilk baxışda psixoloji dəhşət, qeyri-adi kriminal hekayət kimi oxunsa da, əslində yazıçının diqqət mərkəzində olan məsələ şəxsiyyət ikiləşməsi, zahirən bir cür görünüb fərqli davranış sərgiləyən insanın psixoloji portretinin yaradılmasıdır və bütün bunlar ironik bir dillə nəql edilir.  Bu arxetipik hekayət yaxşı və pis haqqında və təbii instiktlərimiz haqqında gerçək bir etirafdır. Romanın oxucular tərəfindən maraqla qarşılanacağına inanırıq.
“Atamın yuxuları” Evald Flisarın Azərbaycan dilində çıxan ikinci kitabıdır. Bundan əvvəl yazıçının “Sehrbazın Şagirdi” romanı Alatoran Yayınlarında işıq üzü görmüşdü.
Evald Flisar – Atamın yuxuları