-20%

Erika Fatland – Yüksəklikdə

Original price was: ₼20.00.Current price is: ₼16.00.

Additional information

Category: Product ID: 21490

Description

Dünyanın damında həyat necə görünür?

Himalaya təkcə Yer kürəsinin ən uca dağ silsiləsi deyil. Bura dillərin, dinlərin, mədəniyyətlərin və imperiyaların qovuşduğu, qədim ənənələrlə müasir dünyanın toqquşduğu bənzərsiz bir coğrafiyadır.

Norveçli antropoloq və səyyah Erika Fatland Himalayın uzandığı Pakistan, Hindistan, Nepal, Tibet və Butan boyunca minlərlə kilometr yol qət edərək oxucunu bu əzəmətli dağların qoynunda yaşayan insanların gündəlik həyatı ilə tanış edir. O, dağ kəndlərində qonaq olur, zəvvarlarla müqəddəs yolları keçir, rahiblər, köçərilər, əsgərlər və sərhəd bölgələrinin sakinləri ilə söhbət edir. Dağların fövqəladə gözəlliyi fonunda isə bölgənin mürəkkəb tarixi, siyasi qarşıdurmaları və unudulmuş insan taleləri canlanır.

“Yüksəklikdə” sadəcə bir səyahətnamə deyil. Bu, dünyanın ən uca zirvələri arasında yaşayan insanlara, onların keçmişinə, inancına və gələcəyinə dair dərin, təsirli və yaddaqalan bir hekayədir.

Yazıçının Alatoran Yayınlarında ” Sərhəd” və ” Sovetistan” kitabları da işıq üzü görüb.

Tərcümə: Anar Rəhimov

Erika Fatland – Yüksəklikdə
Original price was: ₼20.00.₼16.00Current price is: ₼16.00.