Description
Dror Burstein 1970-ci ildə İsrailin Netanya şəhərində doğulmuşdur. İsrail radiosunun klassik musiqi dalğası üçün proqramlar hazırlayıb, ədəbiyyat və sənət tənqidi ilə məşğul olmaqdadır. 2005-ci ildə Bernstein mükafatına, 2006-cı ildə öz ölkəsinin Nazirlər Kabinetinin mükafatına layiq görülüb. D.Burstein hazırda Tel Aviv Universitetində dərs deməkdə və ədəbi yaradıcılıqla məşğul olmaqdadır. Son zamanlar İsrailin ən çox oxunan yazarlarındandır. Əsərləri Ingiliscə, Fransızca, Almanca, Italyanca və daha neçə dilə tərcümə olundu.
“Emile” yazarın ustalıq dövrünün əsərlərindəndir və ən çox tərcümə olunan romanlardan birisidir. “Emile”, çağdaş romançılıq üslubunda yazılmış polifonik bir əsərdir. Təhkiyə texnikası baxımından anaxronik bir üslubda yazılmış, bu üslub yazıçıya əsərin təasir güxünü artırmasına imkan vermişdir. Hadisələrin mərkəzində Emile’ni övladlığa götürmüş dul bir kişinin, Yoel’in başına gələnlər təsvir olunur. Kitab, ümumi olaraq Yoel’in ətrafında cərəyan etsə də digər xarakterlərin minimal hekayələrindən də gen-bol bəhrələnir. Xarakterlər şəkilləndikcə, ətə-qana dolduqca, xəyal dünyanıza daxil olmağa basladiqca, hər biri bir “qəhrəman” olaraq tam ozəllikləriylə qarşınıza çıxırlar. Roman sona çatanda artiq “Emile”nin xarakterləri həmişəlik olaraq həyatınıza daxil olmuş olur.