Description
Celsomino adlı balaca oğlanın (Celsomino – italyan dilində “yasəmən” deməkdir) anadangəlmə çox güclü səsi var, səsini bir azca qaldıran kimi şüşələr sınır, ağaclardakı meyvələr tökülür, ancaq bu səs onun başına olmazın işlər gətirir. Hər şeyə burnunu soxan qonşular onu sehrbaz hesab edir, Celsomino da başını götürüb qaçır…
Gəlib Yalançılar Ölkəsinə çıxır. Ölkənin kralı, öz dəstəsi ilə hakimiyyəti ələ keçirmiş keçmiş quldur Cakomonun əmri ilə ölkədə hər kəs, hətta heyvanlar da hər zaman yalan danışmalıdırlar. Pişiklər hürməli, itlər miyoldamalı, atlar mələməli, inəklər isə kişnəməlidirlər. Rəssamlar at rəsmini onüçayaqlı, dəvəni beşhürgüclü çəkməlidirlər. Çörək dükanında çörək yerinə dəftər-qələm satırlar, hamı saxta pullar işlətməlidir, ölkədəki xəbərlər “Nümunəvi Yalançı” qəzetində yayınlanır.
Celsominonun səsindən divardakı Аl Pişik-Aхsаq Pişik canlanır, pişiyin cəmi üç ayağı var, çünki Romoletta onun dördüncü ayağını çəkməyi unudub. Tezliklə Celsominonun və Аl Pişik-Aхsаq Pişiyin yeni dostları, Bananito, maestro Domisol və Qarğıdalı xala, Romoletta, bir dəqiqə bеlə оturmаyаn Bеnvеnutо onlara qoşulur. Dostlar kral Cakomonun sirrini öyrənirlər, sən demə, kral keçəldir və öz keçəlliyini gizlətməkdən ötrü həmişə başına qızılı saçları olan parik qoyur.
Dostlarının və öz səsinin köməyi ilə Celsomino kralı ifşa edir və insanları düzgün danışmağa sövq edir.

