Skip to content Skip to footer
-13%

Aydın Usta – “Şərqin və Qərbin hakimləri Səlcuqlar”

Original price was: ₼16.00.Current price is: ₼14.00.

Additional information

Category: Product ID: 21114

Description

Oğuz türklərinin Qınıq boyuna mənsub olan Səlcuq türkləri X əsrin ikinci yarısında Türküstanda, Səlcuq bəyin rəhbərliyi altında oğuz tayfalarını birləşdirərək böyük bir güc halına gəlmişdilər. Lakin Səlcuqun ölümündən sonra Qəznəvi hökmdarları səlcuqları sıxışdırmağa başlamış, Səlcuqlar Qaraxanlılar və Qəznəvilərin təzyiqi ilə qərbə doğru axın etmişlər. Azərbaycan və İran torpaqlarından keçib Anadolu torpaqlarına yayılırlar. Daha sonra Van gölü hövzəsi, Naxçıvan və onun ətrafındakı Azərbaycan torpaqlarını nəzarət altına alırlar.

1038-ci ildə paytaxtı Nişapur şəhəri olan ilk Səlcuq türk dövləti yaranır. Səlcuqun nəvəsi Toğrul sultan elan olunur. Səlcuqlar Toğrulun dövründə daha da qüvvətlənirlər və 1040-cı ilin mayında Dəndənəkan döyüşündə Qəznəvilər dövlətini məğlub edirlər. 1048-ci ildə Səlcuqlar birləşmiş Bizans, erməni və gürcü feodallarını darmadağın edirlər. Toğrulun dövründə bütün Xorasan, Xarəzm, Qərbi İran Səlcuq türklərinin hakimiyyəti altına keçir. Toğrul 1055-ci ildə Bağdad da daxil olmaqla İraqı özünə tabe edir və Abbasilər xilafəti Səlcuqlardan asılı vəziyyətə düşür.

Toğruldan sonra hakimiyyətə Alp Arslan gəlir. Onun əsas məqsədi Anadolunu türk torpaqlarına qatmaq idi. 1071-ci ilin avqustunda tarixi Malazgird döyüşündə Səlcuqlar və Bizans ordusu üz-üzə gəlir və bu döyüşdən Səlcuqlar qalib çıxır, beləliklə, Anadolunun Türk hakimiyyətinə keçməsinin başlanğıcı qoyulur. Böyük Səlcuq imperiyası 1157-ci ilə qədər varlığını sürdürür. Daha sonra onun ərazisində Konya, Kirman, Suriya, İraq Səlcuq sultanlıqları və Kiçik Asiyada bir sıra əmirliklər yaranır.

Tanınmış türk yazarı Aydın Ustanın qələmə aldığı “Səlcuqlar” kitabı tariximizin bu şanlı səhifəsinə yaxından şahidlik etməyə imkan verəcəkdir.

Aydın Usta – “Şərqin və Qərbin hakimləri Səlcuqlar”
Original price was: ₼16.00.14.00Current price is: ₼14.00.