Skip to content Skip to footer
-25%

Artur Şopenhauer – “Həyat müdrikliyi aforizmləri”

Original price was: ₼12.00.Current price is: ₼9.00.

Additional information

Category: Product ID: 20112

Description

Artur Şopenhauer düşüncələri bütün Avropa kulturasında geniş yayılmış olan böyük alman filosofudur.

“Dünya kor iradə və təsəvvür kimi” adlı şahəsərində həyatın fəlsəfi qavrayışının bütöv mənzərəsini ərsəyə gətirən Şopenhauer haqlı olaraq ən əhəmiyyətli və məşhur alman mütəfəkkirlərindən biri hesab edilir.

Onun on doqquzuncu əsrin ikinci yarısının və iyirminci əsrin elminə və kulturasına göstərdiyi təsir danılmazdır. Çox sayda alim və sənətkar Şopenhauer düşüncələrinin cəsurluğunu və dərinliyini təqdir etmişlər. Bunlar arasında Fridrix Nitsşe, Albert Eynşteyn, Lev Tolstoy, Lüdviq Vitqenşteyn, Xorxe Luis Borxes, Karl Popper, Andrey Belıy, Rixard Vaqner də vardır.

Şopenhauerin mətnlərinə fəlsəfə ilə incəsənətin sintezi, amansız, möhkəm məntiqlə xəyal gücündən doğan coşğunluğun ahəngdarlığı xasdır.

“Həyat müdrikliyi aforizmləri” əsəri yeni dövr Avropa fəlsəfəsinin mühüm və məşhur etik əsərlərindən biridir.

“Dünya kor iradə və təsəvvür kimi” əsərindən qidalanan bu traktatda filosofun təlim-tərbiyəyə, həyati vəzifələrə, taleyə, tənhalığa dair düşüncələri, həyatın idrak olunmasıyla bağlı yaratdığı parlaq və yekparə fəlsəfi tablo ifadə edilmişdir.

Artur Şopenhauer – “Həyat müdrikliyi aforizmləri”
Original price was: ₼12.00.9.00Current price is: ₼9.00.