Skip to content Skip to footer
-20%

Annelies Verbeke – Yuxu

Original price was: ₼10.00.Current price is: ₼8.00.

Additional information

Category: Product ID: 20899

Description

“Hər kəs yatır. Yuxu keçmişlə indini birləşdirir. Yuxu həzm edir, yaraları sağaldır. Yuxu varlı ilə kasıbı, kişi ilə qadını, insanla heyvanı bərabərləşdirir. Məndən başqa hər kəsi”.

Belçikalı yazıçı Annelies Verbeke bu romanında yuxusuzluqdan əziyyət çəkən Maya və gecə qarşılaşdığı ruh əkizi Benoitdən bəhs edir. Maya əvvəllər yaxınlarının tövsiyə etdiyi dincəlmə terapiyası və müxtəlif oxşar üsullarla yatmağa çalışsa da, buna nail ola bilmir. Onu başa düşməyən və yanında səssiz şəkildə yatmağa davam edən sevgilisi Remco ilə ayrıldıqdan sonra həyatı dəyişir və özünü daha da yalnız hiss etməyə başlayır. İnsanlar gecələr yatdıqları zaman Maya küçələrdə gəzir. Bu səfərlərin birində Benoitlə rastlaşır. Və belə bir nəticəyə gəlir: “Mən ancaq yuxusuz biri ilə yola gedə bilərəm, çünki başqaları məni başa düşmür”.

 Yuxu problemi olan hər iki qəhrəman gecələr yatan, gündüzlər isə işləyən insanların böyük əksəriyyətinin yaşadıqları adi həyatdan kənarda qalır və o anda onların yolları kəsişir. 

Müəllif hekayəsinin bünövrəsini dəqiq, güclü metaforalarla möhkəmləndirir. “Yuxu”, insanları heyran etmək, onları güldürmək və onları bir-birinə daha da yaxınlaşdırmaq istəyən müəllifdən həyata və həyatın insanlara təqdim etdiyi təcrübələrə dərindən baxan baxışdır… Bir çimdik istehza ilə dadlandırılmış, həm yığcam, həm də poetik bir cəhddir… 

Annelies Verbeke – Yuxu
Original price was: ₼10.00.8.00Current price is: ₼8.00.