Description
GÜNƏŞ SİSTEMİNİN HANSI SİRLƏRİ GİZLƏTDİYİNİ BİLİRSƏNMİ?
Bizim əsas ulduzumuz – onsuz Yerin cansız bir kosmik cisim olacağı Günəş necədir? Niyə Günəşə ən yaxın olan planet ən isti planet deyil? Yerin əbədi peyki olan Ay nədən yaranıb?
Bu kitabda səkkiz planet, Günəş və kosmik aparatlar haqqında darıxdırıcı faktlar siyahısı yoxdur. Səni ulduzşünas Astrusun, Uca Ördəyin və Ay Dovşanının heyrətamiz hekayəsi gözləyir. Bu hekayə sənə nəinki yeni biliklər verəcək, həm də həyatın ən vacib şeyləri haqqında düşünmək imkanı bəxş edəcək.
Günəş sisteminin bütün planetlərinə doğru macəra, sirr və kəşflərlə dolu sirli bir səyahətə çıx!
Anastasiya Strokina – uşaq yazıçısı, şair və tərcüməçi, bir çox Rusiya və beynəlxalq ədəbi mükafatların laureatı.
Mariya Uxova – bir çox Rusiya və xarici nəşriyyatlarla əməkdaşlıq edən, fəlsəfi təhsilli rəssam-illüstrator.
Vladimir Surdin – astronom, elm təbliğatçısı, fizika-riyaziyyat elmləri namizədi, çoxsaylı maraqlı kitabların, məqalələrin, kursların və mühazirələrin müəllifi.

