Skip to content Skip to footer

Alina Bronski – “Sınıq şüşə parkı”

Additional information

Category: Product ID: 20821

Description

Alina Bronskinin ilk romanı “Sınıq şüşə parkı” Almaniyanın ən mühüm ədəbiyyat mükafatlarından biri olan Ingeborg Bachmann mükafatına namizəd göstərilib.

Bu qeyri-adi zəka məhsulu və əsrarəngiz romanın qəhrəmanı 17 yaşlı Saşa Naimandır. Moskvada doğulan Saşa ögey bacı-qardaşı və anası ilə Berlinə köçür. Ögey atası anasını öldürəndən sonra Saşanın həyatı dəyişir.

Artıq həyata keçirmək istədiyi iki xəyalı vardır: anası haqqında bir roman yazmaq və ögey atasını öldürmək.

Almaniyadakı “Freundin” jurnalı “Sınıq şüşə parkı”nı “cəmiyyətin künc-bucağında yaşayanların amansız və əyləncəli portreti” kimi tanıdır. Lakin Saşanın əhvalatı künc-bucaqda qalmır, oxucunun ürəyində özünə yer tutur.

Alina Bronski – “Sınıq şüşə parkı”