Skip to content Skip to footer
-20%

Aleksandre Orbeliani – “Xatirələr”

Original price was: ₼10.00.Current price is: ₼8.00.

Additional information

Category: Product ID: 21095

Description

Gürcü şair, nasir, dramaturq, publisist, tarixçi, gürcü romantiklərin böyük nəslinin nümayəndəsi, çar II İraklinin nəvəsi, şahzadə Teklenin oğlu Aleksandre Orbeliani (Cambakur-Orbeliani) 1802-ci il mayın 24-də anadan olmuşdur.

Aleksandre Orbeliani şeirlər, hekayələr, dramlar, memuarlar və publisist yazıların müəllifidir. Onun “Mtovare” (“Qəmər”) adlı hekayəsi 1832-ci ildə “Tiflis çağırış vərəqələrində ədəbi hissələr” jurnalında çap olunub. Aleksandre yeni gürcü poeziyasında sərbəst şeirin ilk müəlliflərindən biri olub. Onun kifayət qədər rəngarəng ədəbi irsi tematik olaraq demək olar ki, bir məsələ ilə, yəni gürcülərin “alçalmış şəxsiyyətini” aydınlaşdırmaqla bağlıdır. Yazıçının nəzərləri Gürcüstanın keçmişinə doğru yönəlmişdi. Keçmişi ideallaşdırmaq, onun böyüklüyünü göstərmək Aleksandrenin əsas məqsədi idi.

Ədibin “Xatirələr” əsəri xüsusi diqqətəlayiqdir. Onun tarixi əsərləri arasında “Gürcüstanda 1829-cu il iğtişaşları”, “Gürcüstan çarı İraklinin oğlu Levan”, “Dağıstandan ləzgilərin Gürcüstana köçü”, “Gürcüstanda çar II İrakliyə əhd”, “Xatirələr”, ”Ağa Məhəmməd şah Qacarın Tiflis şəhərinə hücumu” kimi əsərlərini qeyd etmək lazımdır. Bu sonuncu əsərdə Aleksandre ənənəyə sadiq qalaraq diqqət çəkən faktları göstərməklə Krtsanisi döyüşü və o dövrdə Şərqi Gürcüstandakı siyasi vəziyyəti təsvir edib.

Aleksandre Vaxtanq oğlu Cambakur-Orbeliani 1869-cu ildə vəfat etmişdir.

Aleksandre Orbeliani – “Xatirələr”
Original price was: ₼10.00.8.00Current price is: ₼8.00.