Description
XX alman ədəbiyyatının korifeylərindən biri Tomas Mann (1875-1955) qısa hekayələr ustası, sosial tənqidçi, xeyriyyəçi, esseist idi və 1929-cu ildə Nobel mükafatına laiq görülmüşdü. Daha çox simvolik və ironik romanları ilə şöhrət qazanan yazıçı öz əsərlərində sənət adamlarının və ziyalıların psixologiyasını dərindən analiz etməsi ilə diqqət çəkib. O, Avropa və alman ruhunu təhlil və tənqid edərkən müasirləşdirilmiş alman əsatirlərindən və Bibliya hekayələrindən, həmçinin Hötenin, Niçşenin və Şopenhauerin ideyalarından istifadə etmişdir. Böyük qardaşı radikal üslubu ilə tanınan Henrix Mann və altı övladından üçü – Erika Mann, Klaus Mann və Qolo Mann da önəmli alman yazıçıları sayılır. 1933-cü ildə Hitler hakimiyyətə gələndə Mann İsveçrəyə sığınıb, 1939-cu ildə İkinci Dünya Müharibəsi başlayanda isə ABŞ-yə mühacirət edib, 1952-ci ildə İsveçrəyə qayıdıb.
Oxuculara təqdim etdiyimiz bu kitabda yazarın ən məşhur hekayələri toplanıb.